AZ

Yaşlanma əleyhinə pəhriz: Bunları etməklə gənc qalacaqsınız!

Dietoloqlar hesab edir ki, ən sağlam pəhrizlərdən biri Aralıq dənizi pəhrizidir. Onlar meyvə, tərəvəz, tam taxıl, qoz-fındıq, balıq və bol zeytun yağı yeməyi tövsiyə edirlər.
Sherg.az xəbər verir ki, Aralıq dənizi pəhrizində bitki qidalarından əlavə sağlam yağlar, xüsusilə də mono doymamış yağlar var. Dietoloqlara görə gəncliyi uzatmaq üçün dəniz məhsulları, qoz-fındıq, tərəvəz və meyvələrlə zəngin bir pəhriz saxlamaq yaxşıdır. Balıq və dəniz məhsulları isə ən yaxşı protein mənbələrindən biridir.
Pəhrizinizə noxud, mərcimək və ya qara lobya da daxil olmaqla paxlalılar əlavə edə bilərsiniz. Həmçinin dietoloqlar bol taxıl, pendir və bol zeytun yağı yeməyi məsləhət görürlər.

Hansı qidalar gəncliyinizi alır?
Şirniyyatlardan, yağlı və duzlu qidalardan uzaq durun. Fast food, xəmir, ağ çörək, şirin soda, qəhvə və qara çayı rasionunuzdan çıxarın. Çünki bu məhsullar gənc dəriyə pis təsir edir.
Seçilən
1
2
sherg.az

3Mənbələr