AZ

Qubad İbadoğlunun ölkədən çıxışı ilə bağlı şikayəti təmin edilməyib

İqtisadçı və siyasətçi Qubad İbadoğlunun Nərimanov Rayon Məhkəməsində ölkədən çıxışı ilə bağlı şikayəti təmin edilməyib.  Bu barədə onun vəkili Zibeydə Sadıqova deyib. 
 
Bir gün əvvəl Qubad İbaqoğlunun qardaşı Qabil İbadoğlu Turana açıqlamasında bildirmişdi ki, Qubad İbadoğlunun xaricə getməsi səbəbi həm iştirak edəcəyi tədbirlə, həm də səhhəti ilə bağlı idi. 
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Bundan sonra Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. 
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 
 
Hazırda Qubad İbadoğlu ev dustaqlığına buraxılıb və siyasətçi bundan sonra siyasətlə məşğul olmayacağını açıqlayıb. 

 
Gülnar 


www.anews.az
Seçilən
2
1
anews.az

2Mənbələr