AZ

Hüquq müdafiəçisi Rüfət Səfərovun saxlanıldığı deyilir

Hüquq müdafiəçisi Rüfət Səfərovun saxlanıldığı iddia olunur. Bu barədə jurnalist Şəmşad Ağa öz sosial hesabında yazıb. 
 
"Rufat Safarovu təxminən 20 dəqiqə öncə saxlayıblar. İndi atası ilə danışdım. Dedi evə gələndə saxlayıblar. Amma niyə, səbəb nədir? Detalları bilmirlər.
Rüfətə də zəng çatmır. Onun hazırda Binəqədidə 5-ci Polis Bölməsində olduğu bildirilir", - jurnalist yazıb. 
 
Onun saxlanılması ilə bağlı hələlik hüquq-mühafizə orqanları hər hansı bir açıqlama verməyib. 
 
Aytac 
 


www.anews.az
Seçilən
24
anews.az

1Mənbələr