AZ

Kreml Ukrayna Xarici İşlər Nazirliyinin NATO-ya daxil olması ilə bağlı bəyanatına reaksiya verib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya Federasiyası üçün qəbuledilməzdir.

 

Oxu24.com xəbər verir ki, bu barədə  TASS məlumat yayıb.

O qeyd edib ki, bir ölkənin təhlükəsizliyi digər ölkənin təhlükəsizliyi hesabına təmin edilə bilməz - “bu, beynəlxalq münasibətlərin dəyişməz qaydasıdır”.

"Potensial olaraq, belə bir qərar bizim üçün qəbuledilməzdir, çünki bu, bizim üçün təhdidedici hadisədir", - Kreml nümayəndəsi vurğulayıb.

Ukrayna Xarici İşlər Nazirliyi çərşənbə axşamı, dekabrın 3-də öz saytında Ukrayna hakimiyyətinin NATO-ya tam üzvlükdən başqa hər hansı təhlükəsizlik zəmanətini nəzərdən keçirməkdən imtina etdiyi barədə məlumat yayıb.

Həmçinin dekabrın 3-də Reuters xəbər verib ki, hazırda NATO-nun 32 üzvü arasında Ukraynanı alyansa dəvət etmək barədə qərar qəbul etmək üçün lazımi konsensusdan əsər-əlamət yoxdur və buna nail olmaq aylarla davam edə bilər.

Bundan əvvəl NATO Ukraynanın alyansa dəvət edilməsinin vaxtını müzakirə etməkdən imtina etməkdə ittiham olunurdu.

Miri

 

 

 

Seçilən
14
oxu24.com

1Mənbələr