AZ

Rutte NATO-da kəşfiyyat məlumatlarının paylaşılması planlarını açıqlayıb

Suriyada bölücü terror təşkilatı PKK/YPG-nin işğalından azad edilən Tel-Rıfat rayonunda qaçan terrorçuların evlərin altında onlarla tunel qazdığı aşkarlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, suriyalı müxaliflərin bölücü terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı ilə bütün Tel-Rifat rayon mərkəzi ələ keçirilib.

Türkiyə sərhədindən 18 kilometr uzaqlıqda yerləşən Tel-Rıfat rayon mərkəzini əhatə edən terror tunellərinin aşkar edilən hissəsi ən azı 30 kilometrdir. Tunellərin eni 1,5 metr, hündürlüyü isə 2-2,2 metrdir.

PKK/YPG bölücü terrorçularının işğalından azad edilən Tel-Rıfatda terrorçuların evlərin altından hörümçək toru kimi qazdıqları tunellər ilk dəfə Türkiyə Radio Televiziya Qurumu (TRT) tərəfindən görüntülənib.

Terror təşkilatı YPG/PKK 2016-cı ilin fevral ayında Tel-Rıfat və ətraf qəsəbələri işğal etdikdən sonra mülki yaşayış məntəqələrində və cəbhə xəttində hədəf alınmadan rahat hərəkət edə bilmək üçün tunellər qazmağa başlayıb.

Bölücü terror təşkilatı işğal etdiyi Tel-Rıfat rayonunda qazdığı tunel şəbəkələrindən gizlənmək, cəbhə bölgəsinə silah aparmaq, müxaliflərin nəzarətində olan mülki yaşayış məntəqələrini hədəfə almaq üçün istifadə edirdi.

Seçilən
22
sia.az

1Mənbələr