AZ

Ərdoğanla Sudani Suriyadakı vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanla İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Danışıq zamanı liderlər Suriyanın ərazi bütövlüyünə dəstək ifadə ediblər.

Türkiyə lideri Ankaranın PKK terror təşkilatının və tərəfdarlarının Suriyadakı son hadisələrdən istifadə etməsinin qarşısını almaq üçün addımlar atdığını bildirib.

Seçilən
13
5
qafqazinfo.az

7Mənbələr