AZ

QHT Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir təşkil edib - FOTOLAR

 “Sosial  Dayaq”  İctimai Birliyi  Siyəzən rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 Dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir təşkil edib.

QHT.az xəbər verir ki, tədbirdə Siyəzən rayon İcra hakimiyyətinin nümayəndəsi, Siyəzən rayon Mərkəzi Xəstəxanasının direktoru, Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədr müavini, Siyəzən rayon gənclər və idman  idarədimnin nümatəndəsi, Siyəzən şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın müəllim və şagirdləri, sağlamlıq imkanları məhdud uşaqlar və onların valideyinləri iştirak ediblər.

1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.

Tədbirdə çıxış  edənlər bildiriblər ki, Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslıi tədbirlərin əsası Heydər Əliyev tərəfindən qoyulub.

Seçilən
35
qht.az

1Mənbələr