“Turan Tovuz” hazırda ölkə kubokunun 1/8 final mərhələsində “Sabah”ı qəbul edir.
“Football-plus.az”ın məlumatına görə, meydan sahibləri 21-ci dəqiqənin ilk saniyələrində bədbəxt hadisəylə üzləşib. Belə ki, “bayquşlar”ın futbolçusu Pavol Şafranko cərimə meydançası daxilində “çərçivə”ni nişan almağa çalışarkən Denis Marandiçi özünü topun önünə atıb. Nəticədə topa zərbə endirmək istəyən Şafranko bilmədən onun ayağını qırıb. Ciddi zədə alan futbolçu dərhal meydana daxil olan Təcili Tibbi Yardım avtomobiliylə xəstəxanaya aparılıb. Həmin anın yaxından canlı şahidi olan Şafranko isə şok keçirib. O, göz yaşlarını saxlaya, bir neçə dəqiqə özünə gələ bilməyib.
Marandiçiyə ilkin tibbi müdaxilə göstərilməsində “Sabah”ın həkimləri də fəal iştirak edib.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta