AZ

Azərbaycanda zavodda FACİƏ: qurğuya düşən usta CAN VERDİ

Ağcabədi rayonunda usta zavodda faciəli şəkildə ölüb.

Musavat.com Lent.az-a istinadla bildirir ki, hadisə rayonun Hüsülü kəndində yerləşən pambıq zavodunda baş verib.

Zavodda çilingər işləyən 47 yaşlı Rasif Tahir oğlu Quliyevin ayağı pambıq təmizləyən aparata düşüb. Nəticədə usta ağır xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib.

Lakin xəstəxanada görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
17
11
musavat.com

10Mənbələr