AZ

"Barselona" Frenki de Yonqu aldığından 4 dəfə ucuz satacaq

"Barselona" 27 yaşlı yaşlı yarımmüdafiəçisi Frenki de Yonqu qarşıdakı qış transfer pəncərəsi dönəmində satmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, iformasiyanı "CatalunyaRadio" yayıb.

Xəbərə görə, Ktaloniya klubu niderlandlı futbolçunu aldığından 4 dəfə ucuz - 20 milyon avroya satmağa hazırdır.

Daha öncə de Yonqun klubunun yeni müqavilə təklifini geri çevirdiyi barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, "Barselona" sözügedən futbolçunu 2019-cu ildə, 85 milyon avro qarşılığında "Ayaks"dan alıb. 

Cari mövsüm zədə səbəbindən 10 oyunda meydana çıxan Frenki məhsuldar göstəricilərlə yadda qalmayıb. "Transfermarkt" portalı onun transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
16
fanat.az

1Mənbələr