Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Ekologiya.az bildirir ki, nazirliklərin nümayəndələrinin, 42 ölkədən 70-dən artıq xarici tələbənin və ekokönüllülərin iştirakı ilə keçirilən aksiya zamanı ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkib.