Gürcüstanın hakim partiyası “Gürcü Arzusu”nun sədri, keçmiş Baş nazir İrakli Qaribaşvilinin istefası ilə bağlı sosial şəbəkələrin Gürcüstan seqmentində xəbərlər yayılıb.
“Qfaqazinfo” xəbər verir ki, məsələyə Gürcüstan parlamentinin birinci vitse-spikeri Giya Volski aydınlıq gətirib.
Vitse-spiker bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və Qaribaşvilinin istefası üçün heç bir əsas yoxdur.