AZ

Tbilisidə saxlanılan etirazçıların 30 fazi əcnəbilərdir

Tbilisidə etiraz aksiyalarında saxlanılanların 30 faizi xarici ölkə vətəndaşlarıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze brifinqdə bildirib.

“Nə baş verir? Kimsə bu qəribəliyi izah etməlidir. Nəyə görə bu əcnəbi vətəndaşlar bizim qərarımızdan sonra belə canlandılar?”, - o deyib.

M. Mdinaradze qeyd edib ki, saxlanılan əcnəbilər arasında Rusiya vətəndaşları üstünlük təşkil edir.


Müəllif: Cəmilə Babayeva
Seçilən
23
teleqraf.com

1Mənbələr