AZ

Qərbi Kaspi Universitetinə növbəti 5 il üçün akkreditasiya verilib

Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 4-cü iclasında Qərbi Kaspi Universiteti növbəti 5 il üçün akkreditasiyadan keçib.

İclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq 5 ali təhsil müəssisəsində - Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti və Gəncə Dövlət Universiteti yekunlaşmış institusional akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmış yekun hesabatlar təqdim edilib.

Universitetdən Tehsil.biz-ə bildirilib ki, müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Biznes Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb.

Yekunlaşan akkreditasiya prosesinin davamı olaraq ali təhsil müəssisələrinin verilən tövsiyələrin icrasına dair növbəti 6 ay ərzində fəaliyyət planı hazırlaması və Agentliyə təqdim etməsi nəzərdə tutulur.

Seçilən
7
18
tehsil.biz

10Mənbələr