AZ

HƏMAS və FƏTH münaqişədən sonra Qəzzanı idarə etmək üçün komitə yaratmaq barədə razılığa gəliblər

İordan çayının qərb sahilini idarə edən Fələstinin Fəth və Qəzzada yerləşən Həmas nümayəndələri münaqişə bitdikdən sonra anklavı birgə idarə etmək barədə ilkin razılığa gəliblər. Tərəflər beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək fələstinlilərə humanitar yardım göstərəcək komitə yaratmaq barədə razılığa gəliblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə AFP, “Associated Press” və “Al-Mayadeen” məlumat yayıb.

Medianın saziş layihəsinə istinadla yazdığına görə, komitə iqtisadiyyat, təhsil, səhiyyə, humanitar yardım və Qəzza zolağının yenidən qurulması sahələrindəki məsələlərə cavabdeh olan 10-15 nəfərdən (Fələstin fraksiyaları ilə əlaqəsi olmayan) ibarət olacaq. Qurum əksəriyyəti FƏTH üzvləri olan Fələstin Muxtariyyətinə tabe olacaq. Komitə Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsini də idarə edəcək.

Həmas sözçüsü AP-yə bildirib ki, tərəflər ümumi şərtlərlə bağlı razılığa gəliblər, lakin komitədə dəqiq kimin oturacağı da daxil olmaqla bəzi detalların razılaşdırılmasına ehtiyac var. Razılaşma Fələstin prezidenti Mahmud Abbas tərəfindən təsdiqlənməlidir. Bunun üçün gün ərzində Fəth nümayəndə heyəti danışıqların növbəti mərhələsinin keçirildiyi Qahirədən Ramallaha (İordan çayının qərb sahilində yerləşən şəhər) qayıdacaq.

İsrail hərbi əməliyyatlar başa çatdıqdan sonra HƏMAS-ın Qəzza zolağına nəzarətə qayıtmasına qarşıdır. FƏTH və HƏMAS arasında danışıqların ilk raundları, o cümlədən fevralda Moskvada keçirilən görüş konsensusa səbəb olmayıb. İyul ayında Pekində keçirilən danışıqlarda tərəflər vahid hökumətin formalaşdırılması üçün ilk addımlar barədə razılığa gəliblər.

Seçilən
0
1
nocomment.az

2Mənbələr