AZ

Cənubi Koreyada etirazçılar parlamentin binasına hucum edib-VİDEO

Cənubi Koreyada etirazçılar parlamentin binasına hucum edib. 

Azpost.info bildirir ki, haızrda parlamentin girişində təhlükəsizlik qüvvələri ilə toqquşma baş verir.

Bura indi Seulun ən qaynar nöqtəsidir.

Müxalifət parlamentə daxil olub səsvermə prosedurunu həyata keçirə bilsə, Konstitusiyaya görə bu hərbi vəziyyət ləğv edilə bilər. Buna hərbçilər mane olur.

Cənubi Koreyada hərbi vəziyyət dövründə istənilən siyasi fəaliyyət qadağandır, siyasi partiyaların işi dayandırılır, siyasi aksiyalar qadağan edilir və bütün KİV dövlət nəzarəti altında olur. Hərbi vəziyyəti pozanları həbs gözləyir.

 

Seçilən
16
23
azpost.info

10Mənbələr