İsrail Ordusu Suriyaya aid olan lakin bu ölkə tərəfindən işğal olunan Qolan Təpələri bölgəsində xidmət edəcək xüsusi birlik yaradıb.
"AzPolitika" xəbər verir ki, bu barədə İsrail ordusunun "X" hesabından paylaşım edilib.
Yeni qurulan birliyin adının "FARA" olduğu bildirilib.
Bu bölmənin ehtiyatda olan xüsusi hərbçilər və bölgədə yaşayan yəhudi köçkünlərdən təşkil olunduğu qeyd olunub.
"AzPolitika.info"