AZ

Seula hərbi texnika yeridildi, toqquşmalar başladı - Video

Cənubi Koreyada fövqəladə vəziyyət elan olunduqdan sonra paytaxt Seulun küçələrinə hərbi texnika gətirilib.

“Qafqazinfo” “Yonhap”a istinadən xəbər verir ki, bunu ölkənin ordu generalı, Baş qərargah rəisi Park An Su açıqlayıb.

General bildirib ki, helikopterlər hazırda Seul səmasında patrul fəaliyyətinə başlayıb.

 Park An Su onu da qeyd edib ki, qərara etiraz edən müxalifət tərəfdarları və xüsusi xidmət orqanları arasında parlament binası yaxınlığında toqquşma baş verib.

Generalın sözlərinə görə, parlamentin, yerli şuraların, siyasi partiyaların, siyasi birliklərin fəaliyyəti də daxil olmaqla, bütün siyasi fəaliyyətlər, yığıncaq və nümayişlər qəti qadağandır:

“Bütün KİV və nəşrlər nəzarət altında olmalıdır”. 

Digər tərəfdən Cənubi Koreya Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərin vəzifələrinə geri qayıtmasını əmr edib.

Xatırladaq ki, ölkə Prezidenti Yun Sok Yol Şimali Koreyanın ölkənin daxili işlərinə müdaxiləsinin qarşısını almaq və konstitusiya quruluşunu qoruyub-saxlamq məqsədilə hərbi vəziyyət elan etdiyini açıqlamışdı.

 

 

 


Seçilən
30
7
qafqazinfo.az

8Mənbələr