Cennifer Lopez dostları ilə Beverli-Hillzdə nahar etmək üçün zərif, lakin seksual görünüşə üstünlük verib.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, 55 yaşlı aktrisa və müğənni şəffaf, parlaq gümüşü uzunqol köynək və qəhvəyi dəri midi yubka geyinib.
Onun gümüşü koftasının altından görünən sinəsi isə xüsusi diqqət çəkib. Ulduz dizə qədər çəkmə və qəhvəyi dəri çantası ilə görünüşünü tamamlayıb.