1-ci liqanın 8-ci turunda “Qəbələ”ni qəbul edən “Karvan” minimal hesabla uduzdu və liderliyi rəqibinə “bağışladı”. Yevlax təmsilçisinin matçın baş hakimi Tural Qurbanovun idarəçiliyindən narazı qaldığını, bu üzdən AFFA-ya və Hakimlər Komitəsinə müraciət etdiyini yazmışıq.
Görəsən, assosiasiyadan kluba cavab verilibmi?
Bu sualla “Karvan”ın mətbuat xidmətinin rəhbəri Bəhruz Musayevə müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında hələ qurumdan reaksiya almadıqlarını bildirdi.
Bu arada AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında verilən qərararla tanışsız. “Karvan” sözügedən matça görə ağır sanksiyalarla üzləşib. Bəhruz bəydən qərarlarla razı olub-olmadıqlarını da soruşduq. O, cəzaların haqsız olduğunu və apellyasiya şikayəti verəcəklərini dedi.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta