AZ

Tramp ilk xarici səfərini bu ölkəyə edəcək

Yenidən ABŞ prezidenti seçilən Donald Tramp 2019-cu ildə baş verən yanğında ciddi ziyan görən tarixi Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək üçün ilk xarici səfərini Fransaya edəcək.

"AzPolitika" xəbər verir ki, bu barədə Trampın özü sosial media hesabından paylaşım edib.

Tramp sosial media hesabından etdiyi paylaşımda bildirib:“5 il əvvəl dağıdıcı yanğından sonra bərpası tamamlanan möhtəşəm və tarixi Notr-Dam Katedralinin açılışında iştirak etmək üçün Parisə gedəcəyimi elan etməkdən şərəf duyuram. Prezident Emmanuel Makron Notr Damın əvvəlki möhtəşəmliyinə qovuşması üçün böyük iş görüb. Bu, hər kəs üçün çox xüsusi bir gün olacaq".

Qeyd edək ki, dekabrın 7-də Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi ilə baş tutacaq kafedralın açılış mərasimində 50 dövlət və hökumət başçısı iştirak edəcək.

"AzPolitika.info"

Seçilən
16
azpolitika.info

1Mənbələr