AZ

Özbəkistanda uşaq evinin rəhbəri şagirdləri seksual həzz almaq üçün məmurlara satıb

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Urgançdakı uşaq evində insan alveri və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılığa görə üç keçmiş Özbəkistan məmuruna qarşı sanksiyalar tətbiq edib.

Sanksiyaya məruz qalanlar arasında uşaq evinin keçmiş rəhbəri Yulduz Xudayberqanova, Ədliyyə Nazirliyinin şöbələrindən birinin keçmiş rəisi Aybek Maşaripov və Yeniarık regional fövqəladə hallar idarəsinin keçmiş rəisi Ənvər Kuryazov da var.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, Ulduz Xudayberqanova pul müqabilində yetkinlik yaşına çatmayan qızları kişilərlə cinsi əlaqədə olmağa məcbur edib

Bundan əvvəl Özbəkistan KİV-i uşaq evinin keçmiş rəhbərinin 5,5 il müddətinə azadlıqdan məhrum edildiyini, digər iki şəxsə isə şərti cəza verildiyini yazıb. Bununla bağlı məsələnin ictimailəşdirilməsindən sonra apellyasiya məhkəməsi qərara yenidən baxaraq həmin şəxsləri 3 il müddətinə azadlıqdan məhrum edib.

Əziz Mustafa

Seçilən
28
oxumeni.az

1Mənbələr