Sərgən Yalçının təklifi geri çevirməsinin ardından diqqətlər klubun digər əfsanəsi İbrahim Üzülməzə yönəlib. Amma əcnəbi məşqçilər arasında ötən il ''Samsunspor''u çətin vəziyyətdə qəbul etməsinə baxmayaraq elitada saxlamağı bacaran almaniyalı Markus Gisdolun da adı hallanır.
Bu arada 49 yaşlı Üzülməz ''Fanatik'' nəşrinə açıqlamalar verib. Futbolçu kimi ''Beşiktaş''da top qovduğu 11 ilin 5-də kapitanlıq sarğısını daşımış, məşqçi kimi ''Gənclərbirliyi'', ''Bursaspor'', ''Ankaragücü'', ''Eyüpspor'', ''Pendikspor''u çalışdırmış 50 yaşlı Üzülməz bunları deyib:
''Beşiktaş''a çox şey borcluyam və belə bir dönəmdə adımın klubla hallanması normaldı. Ancaq mənə təklif gəlməyib. Hazırda məşqçi vəzifəsini Sərdar Topraktəpə yerinə yetirir və hər birimiz ona dəstək verməliyik. Rəhbərlik bizdən yardım etməyimizi istəsə, zatən mən hər zaman buna hazıram. Sıxıntılı dönəmi aşmaq üçün ilk növbədə meydanın içini toparlamaq lazımdı. Həm futbolçu, həm də məşqçi karyeramda dəfələrlə bu cür dönəmlərlə rastlaşmışam. Camiənin və fanatların nə istədiyini bilirəm. Bir daha deyirəm ki, mən zatən bu camiənin övladıyam və hansı durumda olmasından asılı olmayaraq hər zaman kluba yardım etməyə hazıram''.
ƏLİ