Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, 3 Dekabr Beynəlxalq Əlillər Günü münasibətilə Hatay Əlillər Sosial Sahibkarlıq Mərkəzinin açılışını edib.
Redaktor.az xəbər verir ki, Hatay Mustafa Kamal Universitetinin ərazisində yerləşən və bir çox qurumların – Sənaye və Texnologiya Nazirliyi, Ailə və Sosial Xidmətlər Nazirliyi, Gənclik və İdman Nazirliyi, T3 Fondu, Valilik, Şərqi Aralıq İqtisadi İnkişaf Agentliyi, Fiziki Əlillər Fondu və Türk Telekom – əməkdaşlığı ilə tikilən mərkəzin açılış lentini kəsən Əminə Ərdoğan, iştirakçıları təbrik edib.
Əlillərin xüsusi ehtiyaclarını qarşılamaq üçün müasir şəraitlə təmin edilən mərkəzi ziyarət edən Əminə Ərdoğan, Fiziki Əlillər Fondunun İdarə Heyətinin sədri Yaşar Tatar tərəfindən layihə haqqında məlumat alıb. O, mərkəzin əlillərin həyat keyfiyyətini artırmaq məqsədinə xidmət edəcəyini vurğulayıb.
Seymur BƏNNAYEV