AZ

Şirkət əmək hüquqlarını pozdu - Məhkəmə cərimə qərarı çıxardı

Nərimanov Rayon Məhkəməsində "Texno Construction Az" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla şirkət cərimələnib.

 

Xatırlatma: Protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Xəyal Quliyev

Tarix: 3 Dekabr 2024, 20:22   
Seçilən
7
39
pravda.az

10Mənbələr