Azərbaycanın idman gimnastları Serbiyanın Novi Sad şəhərində keçiriləcək “Memorial Laza Krstic and Marica Dzelatovic” beynəlxalq yarışında iştirak edəcəklər.
Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yığmanın heyətində Nazənin Teymurova, Rəsul Əhmədzadə, Aytən Məmmədova, Dəniz Əliyeva, Xədicə Abbaszadə, Aydın Əlizadə, Albina Aliyeva, Leyla Məmmədzadə və Aynaz Məcidzadə bacarıqlarını nümayiş etdirəcəklər.
Turnir dekabrın 5-8-də təşkil olunacaq.