AZ

AFFA “Səbail”in “Qarabağ”la bağlı müraciətinə biganə yanaşdı?

Xatırlayırsızsa, AFFA İntizam Komitəsi noyabrın 26-da keçirilən iclasda “Səbail”i 1300 manat cərimələdi. Paytaxt təmsilçisi isə oyun bitəndən sonra meydana çıxan şəxslərin “Qarabağ” azarkeşi olduğu iddiasıyla 800 manat cəriməni qəbul etmir. Hətta “dənizçilər”in mətbuat xidməti ötən həftə “bununla bağlı əlimizdə videogörüntü də var. Hətta o azarkeş məhz rəqib komandanın oyunçuları ilə şəkil çəkdirmək üçün meydana çıxıb.

Biz bu məsələ ilə bağlı oyun bitən kimi AFFA nümayəndəsinə məlumat verdik. Hər klub öz azarkeşlərinə görə məsuliyyət daşımalıdı. Təəssüf ki, biz cərimələndik. Ancaq əlimizdə olan görüntüləri Peşəkar Futbol Liqasına da göndərmişik” açıqlamasını vermişdi.

Bəs müraciətdən sonra nəsə dəyişdimi?

Yenidən “Səbail”in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Bizlik olan məsələ deyil. Sadəcə, həmin məsələ ilə bağlı etirazımızı bildirmişik. Amma necə olacağı haqda artıq mən nəsə deyə bilmərəm”.

AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynovla əlaqə saxlamaq cəhdimiz alınmadı.

RÖYANƏ OĞUZ
Seçilən
16
football-plus.az

1Mənbələr