Cənubi Koreya parlamentinin üzvləri dekabrın 3-də ölkə prezidenti Yun Sok-Yöl tərəfindən tətbiq edilən hərbi vəziyyətin ləğvinə səs veriblər.
APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
300 deputatdan 190-ı Seulda daha öncə təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınan parlament binasına daxil ola bilib və səsvermə keçirib.
Prezidentin tətbiq etdiyi hərbi vəziyyət çərçivəsində ölkədə istənilən siyasi fəaliyyət, o cümlədən partiyaların işi, mitinqlərin keçirilməsi qadağan edilib, bütün KİV hərbçilərin nəzarətindədir.
Səsvermədən sonra Cənubi Koreya parlamentinin sədri Vu Von Sik ölkə prezidentini hərbi vəziyyəti ləğv etməyə çağırıb.