AZ

Cənubi Koreya şirkətlərinin səhmləri kəskin ucuzlaşıb

Cənubi Koreya şirkətlərinin səhmləri ölkə prezidenti Yun Sok Yolun hərbi vəziyyət elan etməsindən sonra kəskin ucuzlaşıb.

APA xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilir ki, ABŞ-də qeydiyyatda olan olan “iShares MSCI South Korea ETF” səhmləri 6% ucuzlaşıb.

Cənubi Koreyanın ən böyük şirkəti olan “Samsung”un İngiltərədə səhmləri 7% ucuzlaşıb.

Qeyd edək ki, Cənubi Koreya dünyanın 13-cü ən böyük iqtisadiyyatıdır.

Seçilən
26
1
apa.az

2Mənbələr