AZ

Ranyeri: “Roma” sözümə baxsa…”

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri çətin vəziyyətdə olan “canavarlar”ın cari vəziyyətinə dair söhbət açaraq, vəd verib.

Arena.az “Football Italia” nəşrinə istinadən məlumat verir ki, 73 yaşlı qocaman italyan mütəxəssis “Roma”nın onun tapşırıqlarına əməl edəcəyə halda, yaranmış bu çətin vəziyyətdən qurtula biləcəyini əminliklə bildirib:

“Əgər komanda tapşırıqlarıma olduğu kimi əməl etməyə davam etsə, biz bu vəziyyətdən qurtulacağıq. Biz öz mübarizəmizi davam etdirməliyik, çətinliklər qarşısında isə təslim olmamalıyıq. Mən heç vaxt futbolçunun təslim olmasını qəbul etməmişəm. Nəfəsimiz kəsilənə qədər hər top uğrunda qarşılıq verməli və mübarizə aparmalıyıq, bu gecə etdiyim hər dəyişiklik də yorğunluqdan irəli gəlirdi. “Atalanta”nı qələbə münasibətilə təbrik edirəm, amma komandamı da yaxşı oyuna görə təbrik etmək istəyirəm”, deyə Ranyeri vurğulayıb.

Xatırladaq ki, “Roma” İtaliya A Seriyasının 14-cü turunda “Olimpiko”da “Atalanta”ya 0:2 hesabı ilə məğlub olub.

14 turdan sonra 13 xal toplamış “Roma” İtaliya A Seriyasının yarış cədvəlində 15-ci pillədə qərarlaşıb. “Atalanta” isə 31 xalla 2-ci pillədən, 32 xal toplamış lider “Napoli”ni haqlamaq üzrədir.

Seçilən
19
arena.az

1Mənbələr