Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsi start götürüb.
“Qafqazinfo” xəbər verir ki, ilk gündə 3 oyun keçirilib.
“Səbail” “Qaradağ Lökbatan”la 2:0, “Araz-Naxçıvan” “Mingəçevir”ə 3:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
Günün son matçında isə “Turan Tovuz”la “Sabah” üz-üzə gəlib. 2:2 hesabı ilə başa çatan matçın qalibi penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq olan Bakı təmsilçisi növbəti mərhələyə adlayıb.