AZ

Parlament Cənubi Koreya liderinin qərarını ləğv etdi

Cənubi Koreya parlamenti hərbi vəziyyət elanını ləğv edərək prezident əleyhinə səs verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “CBS” məlumat yayıb.

Ölkə prezidentinin məlum qərarından bir neçə saat sonra parlament bəyannamənin ləğvini səsə qoyub.

Spiker Vu Von Şık xalqla birlikdə demokratiyanı qoruyacaqlarını bəyan edərək, polis və hərbçiləri parlamentin ərazisindən geri çəkilməyə çağırıb.

Qərar parlamentin 300 üzvündən 190-nın iştirakı ilə qəbul edilib. İştirakçıların hamısı qərarın lehinə səs verib.

Xatırladaq ki, ölkə Prezidenti Yun Sok Yol Şimali Koreyanın ölkənin daxili işlərinə müdaxiləsinin qarşısını almaq və konstitusiya quruluşunu qoruyub-saxlamq məqsədilə hərbi vəziyyət elan etdiyini açıqlamışdı.

Seçilən
14
4
qafqazinfo.az

5Mənbələr