AZ

DETX Qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərlə bağlı məlumat yaydı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lerik, Ağstafa və Göygöl rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları və dəmir soba aşkar olunub.

Ekologiya.az bildirir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Lerik rayonu Bürsülüm  kənd sakini Vüsal Ağayev, Ağstafa rayonu Sadıxlı kənd sakini Ayaz Mikayılov və Daşkəsən rayonu Çıraqlı kənd sakini Müseyib İsmayılov olduğu müəyyən edilib.

Faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür hazırlanma yerləri isə ləğv edilib.

Seçilən
40
50
ekologiya.az

10Mənbələr