AZ

BBC 100 Qadın 2024: Siyahıda kimlər var?

BBC 2024-cü il üçün dünyanın hər yerində ilhamverən və nüfuzlu 100 qadının siyahısını açıqlayıb.

Siyahıda Nobel Sülh Mükafatı alan Nadia Murad, təcavüzə uğrayan və bunu ictimailəşdirən Gisèle Pelicot, aktrisa Sharon Stone, Olimpiya idmançıları Rebeca Andrade və Allyson Felix, müğənni Raye, vizual artist Tracey Emin, iqlim fəalı Adenike Oladosu ve yazıçı Cristina Rivera Garza da var.

Əvvəlki illərdə bu siyahıda azərbaycanlı qadınların da adı yer alıb: onların arasında jurnalist Xədicə İsmayıl, gənc ixtiraçı Reyhan Camalova da olub.

Bu il Qəzza, Livan, Ukrayna və Sudanda ölümcül münaqişələr və həyati böhranlarla qarşılaşan dünyanın dörd tərəfindəki seçkilərdə cəmiyyətlərin qütbləşməsinə şahidlik edən qadınlar daha da güclü olmağa məcbur oldu.

BBC-nin 100 Qadın layihəsi göstərir ki, bu il dünyada qadınların üzləşdiyi bütün çətinliklərə baxmayaraq, onların çoxu cəmiyyətdə dəyişikliklə, iqlim məsələləri ilə bağlı fəaliyyətdə və ya öz icmalarında aparıcı rol almağı bacarıblar.

Bu siyahı iqlim sahəsindəki fövqəladə vəziyyətin təsirlərini araşdırmaq hədəfini də qoruyur və öz cəmiyyətlərində iqlim böhranlarının təsirləri ilə mübarizə aparanlara diqqət çəkir.

Tam siyahıya bu linkdə baxa bilərsiniz.

Seçilən
20
bbc.com

1Mənbələr