AZ

"AGRO - WEST DC LLC" işçilər axtarır - MAAŞ 1300-1500-1600 MANAT - VAKANSİYALAR

AGRO - WEST DC LLC

Əmək Haqqı Üzrə Mühasib

Son tarix 03 yan 2025 - [email protected]

Vəzifə öhdəlikləri:

  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
  • KPİ üzrə bonusların hesablanması;
  • Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
  • Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
  • DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökümət portalına işlənməsi;
  • Vahid Rüblük Hesabatın hazırlanması və təqdim olunması;
  • Satış üzrə bonusların hesablanması və ödənilməsi;
  • İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması.

Namizədə Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Excel;
  • 1C ERP proqramında (əsasən hesabatlarla və HR/Əmək haqqı modulu ilə) sərbəst işləmə bacarığı;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatı: 09:00-18:00;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Əmək haqqı: 1300-1500 AZN 
  • Ünvan: Bakıxanov qəs.,B.Bünyadov küç

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə "Əmək Haqqı Üzrə Mühasib" yazaraq mail ünvanına göndərə bilərlər.  

 

İdxal Üzrə Mühasib

 Son tarix 03 yan 2025  - [email protected]

Vəzifə öhdəlikləri:

  • YGB-nin arxivləşməsinə nəzarət etmək, invoys və müqavilələrin doğruluğunu yoxlamaq, ödəniş izləmə reyestrlərinə daxil etmək;
  • İdxal tədarükçüləri üçün Dövlət Gömrük Komitəsi vasitəsi ilə rəsmiləşdirmə kodlarını təmin etmək;
  • İdxal tadarükçüləri üzrə idxal əməliyyat qəbzlərini işləmək, , dağıtım va milləşdirmə qəbzlərinin işlənilməsi ilə ay bağlanışını həyata keçirmək;
  • Maliyyə Palatası ilə əlaqədar problemlərin meydana gəlməməsi baxımından müvafiq banklara qabaqcadan (avans) ödənişlərin bağlanması məqsədilə YGB-nin bəyan edilməsi;
  • YGB-lər ilə bağlı uyğunsuzluqların aşkar edilərək müvafiq şöbəyə bildirilməsi və düzəliş  prosesini izləmək.

Namizədə Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Excel;
  • 1C ERP proqramında (əsasən hesabatlarla və HR/Əmək haqqı modulu ilə) sərbəst işləmə bacarığı;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatı: 09:00-18:00;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Əmək haqqı: 1500 - 1600 AZN
  • Ünvan: Bakıxanov qəs.,B.Bünyadov küç

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə "İdxal Üzrə Mühasib" yazaraq mail ünvanına göndərə bilərlər.

       

Seçilən
24
fed.az

1Mənbələr