Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Həsən Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində sürücülərin qarşılaşdıqları problem haqqında məlumat verilib.
Qeyd edilib ki, Həsən Əliyev küçəsi istiqamətindən gələn nəqliyyat vasitələrinin sürücüləri bilmirlər ki, soldan gələn avtomobilləri gözləsinlər, yoxsa irəlidəki nizamlanmayan piyada keçidində piyadaların olub-olmamasına baxsınlar.
Vurğulanıb ki, sözügedən piyada keçidi dörd zolaqdan keçir.
Nəticə etibarilə, Həsən Əliyev küçəsindən Tbilisi prospektinə qoşulan avtomobillər sol tərəfdən gələn piyadaları görmürlər:
"Günün qaranlıq vaxtı vəziyyət daha da pisləşir. Bu da qəza riskini artırır. Burada keçid ya nizamlanan olmalıdır, ya da yerüstü keçid salınmalıdır".
Ətraflı süjetdə:
Mənbə: oxu.az