...Parçalarının bu gün Sibir ərazisinə düşməsi nəzərdə tutulan səma cismini Yakutiya sakinləri görüblər.
SİA bu barədə rus saytlarına istinad edir.Avropa Kosmik Agentliyi Yerə meteoritin yaxınlaşdığını bildirib. Mütəxəssislər, ölçüsü 70 santimetr olan asteroidin dekabrın 3-ü axşam saatlarında planetimizə çatacağını, lakin heç bir zərər verməyəcəyini bildiriblər.
Əvvəlcə astronomlar meteoritin atmosferdə tamamilə yanacağına inansalar da, sonradan səma cisminin hələ də Yerə çata biləcəyini bildirdilər.
...Sonuncu dəfə Yerə meteorit 2013-cü il fevralın 15-də Çelyabinskdə düşüb.
Partlayışdan əvvəl asteroidin çəkisi təxminən 10 min ton, diametri isə 17 metr idi. Partlayış dalğası və meteorit parçaları nəticəsində 7,3 minə yaxın bina - yaşayış binaları, təhsil müəssisələri və digər sosial infrastruktur obyektləri, sənaye müəssisələri zərər görüb.
O cümlədən, Çelyabinsk sink zavodunun binalarından birinin dam örtüyü uçub. Həmin vaxt 1613 nəfər tibbi yardıma müraciət edib.
Əli Babayev