Ölkədə maaşlar bölgələr üzrə kəskin fərqlənir.AFN.az oxu.az-a istinadən xəbər verir ki, son məlumata görə, Xankəndidə orta aylıq əməkhaqqı 1 771, Bakıda 1 258 manat olsa da, Qaxda bu göstərici 532 manatdır.Bununla belə, 2024-cü ildə yaşayış minimumu ölkə üzrə 270 manatdır.Bu göstəriciyə əsasən, minimum yaşayış səviyyəsi üçün ay ərzində əməkqabiliyyətli şəxslərə 287, uşaqlara 235, dörd nəfərdən ibarət ailə üçün isə minimum 1 044 manat pul lazımdır.İqtisadçı Rəşad Həsənov bildirib ki, hökumətin əsas hədəflərindən biri minimum əməkhaqqı səviyyəsinin orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılması istiqamətində idi:"Bu da təxminən hazırkı dövr üçün 600-650 manat olması anlamına gəlirdi. Amma hələlik bu göstəriciyə nail olmaq mümkün olmayıb".Ekspert, həmçinin yaşayış minimumu göstəricisinin müəyyən olunmasında nöqsanlar olduğunu deyir. O hesab edir ki, bu göstərici əməkqabiliyyətli əhali üçün 400-450 manatdır. Lakin rəsmi göstəriciyə əsaslandıqda belə ölkədə minimum əməkhaqqı 600 manat təşkil etməlidir.Qeyd edək ki, hazırda minimum əməkhaqqı 345 manatdır. 2025-ci ildə isə bu rəqəmin 400 manata çatdırılması nəzərdə tutulur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta