AZ

Şəhid mayorun xatirəsinə həsr olunan "SƏS" tamaşasının premyerası keçirildi

Image

Dekabrın 3-də Adilə Nəzərin şəhid mayor Vüsal Vəliyevin əziz xatirəsinə həsr etdiyi “Axirətdən gələn səs” pyesi əsasında İftixar Piriyevin qeyri-səlis təbəddülat janrında hazırladığı “SƏS” qəhrəmanlıq dramının premyerası keçirildi. İrəvan Azərbaycan Dövlət Dram Teatrının hazırladığı tamaşa Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində təqdim olundu. 

Tamaşada Səmayə  Nəbiyeva-Milli Qəhrəman Polad Həşimovun anası Səmayə ana, Samir Əliyev- Vüsal (hərbiçi),  Pərvin Dadaşova - İnci (Vüsalın nişanlısı), Əməkdar artist Esmiralda Şahbazova - Mədinə (Vüsalın anası), Niyaməddin Səfərəliyeva- İslam (Vüsalın atası), Anar Həşimov - Elyar (Vüsalın qardaşı), Sevinc Bəxtiyar - Ülkər (Vüsalın bacısı), Naiba Nematova - Afaq (İncinin anası), Ramilə Absova Lalə (İncinin rəfiqəsi), Ramil Məmmədov- komandir, Zəki Fətəliyev- leytenant obrazlarını təqdim etdilər. Həmçinin tamaşada Natiq Həziyev, Ruhiyyə Orucova və başqaları rol alıb.  Tamaşanın rejissor assistenti İmaməli İmaməliyev, icraçı qa rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Qeyd edək ki, Azərbaycan Dövlət İrəvan Dram Teatrı 143-cü mövsümünü 44 günlük Vətən müharibəsinin qəhrəmanlarına həsr edib. Belə tamaşaların hazırlanıb təqdim edilməsi, Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsin də mühüm rol oynayır.

 İradə SARIYEVA






Seçilən
35
baki-xeber.com

1Mənbələr