AZ

Noyabr ayında tekstil ixracında 6,8% artım qeydə alınıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azalaraq, 8,7 milyard dollara çatıb.

Fins.az, Türkiyə Ticarət Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, 2024-cü ilin noyabr ayında tekstil məhsulları ixracı 856 milyon dollar təşkil edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 6,8% artım göstərir.

Son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 9 milyard 478 milyon dollar dəyərində tekstil məhsulları ixrac edib.

Seçilən
0
29
fins.az

10Mənbələr