İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Livanın Hizbullah hərəkatı ilə atəşkəs razılaşmasına sadiqdir. Lakin xəbərdarlıq edib ki, bu, müharibənin bitdiyi anlamına gəlmir.AFN.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.Netanyahu ölkənin şimalındakı Nahariya qəsəbəsində Nazirlər Kabinetinin iclasının əvvəlində çıxış edərək, Hizbullahın bazar ertəsi günü razılaşmanı ciddi şəkildə pozduğunu və İsrailin cavab olaraq Livan boyu 20-dən çox hədəfə hücum etdiyini bildirib."Hazırda biz atəşkəs rejimindəyik, qeyd edirəm ki, atəşkəs müharibənin sonu deyil. Bizim aydın məqsədimiz var - sakinləri qaytarmaq, şimalı bərpa etmək. Biz bu atəşkəsi dəmir yumruqla həyata keçiririk, kiçik və ya böyük hər hansı pozuntuya qarşı tədbir görürük”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta