AZ

Milanda qolsuz “sülh” və “Yuventus” yenə uduzmadı - İCMAL

Liderlər qrupunda sıxlığı ilə diqqəti cəlb edən A seriyasının 13-cü turundan sonra da belə vəziyyət davam etdi.

Milanda qalibin müəyyənləşməməsi fonunda Neapolda yerli komandanın qələbəsi növbəti tura marağı bir qədər də artırdı.
Lider “Napoli”nin “Roma” ilə ev oyununun nəticəsi maraq doğurmaya bilməzdi. Məsələ ondadı ki, paytaxt komandası iki həftə əvvəl bu mövsüm ikinci dəfə baş məşqçisini dəyişmişdi. Sentyabrda istefaya göndərilən Daniele De Rossinin yerini tutan İvan Yuriç “canavarlar”ın başında yalnız iki ay görünə bildi. Maraqlıdı ki, rəhbərlik xorvatiyalıya yayda karyerasını başa vuran Klaudio Ranyerini xələf seçmişdi. 73 yaşlı mütəxəssisin “Roma”dakı növbəti - 3-cü debütü uğursuz alındı.

Əslində təyinatından sonra məhz Neapola yollanan Ranyerinin rəqib sarıdan bəxtinin gətirmədiyi aydın idi. Oyunboyu üstün futbol sərgiləyən “Napoli”yə qələbə gətirən yeganə qolu ikinci hissədə Lukaku vurdu. Baldantsi ilə Dovbikin əlverişli şanslardan yararlana bilməməsi romalıların bu mövsüm A seriyasında 6-cı məğlubiyyətini qaçılmaz etdi. Antonio Kontenin komandası isə çətin qələbə ilə liderliyini davam etdirdi.

Amma bu da var ki, neapolluları turnir cədvəlində 28 xala malik 4 komanda – “Atalanta”, “İnter”, “Fiorentina” və “Latsio” müşayiət edir. Liderin əsas izləyiciləri ilə xal fərqinin yalnız birə bərabər olması mövsümün ilk dövrəsində çempionluq yarışında intriqanın görünməmiş həddə çatdığını göstərir.
Və bu da maraqlıdı ki, hazırda cədvəlin 6-7-ci pillələrini uyğun olaraq “Milan” və “Yuventus” tutur. İtaliyanın iki ən titullu komandası Milanda qolsuz “sülh”ə razılaşdı və “Yuventus” bu mövsüm yenə uduzmadı. Sözün düzü, bu nəticə ev sahiblərini əməlli-başlı məyus etməlidi. Ona görə ki, turinlilərdən yenə 6 xal geri qalan “Milan” ilə lider “Napoli” arasındakı xal fərqi 10-a bərabərdi. Lombardiyalılar üçün bu məqamda yeganə təskinlik ehtiyatda təxirə salınan bir oyunun olmasıdı...

13-cü tur
Verona – İnter 0:5

Korrea, 17. M.Türam, 22; 25. De Vrey, 31. Bissek, 41. (27000)
İnter: Zommer, Auqusto (Byukenen, 74), Açerbi (De Vrey, 15), Bissek, A.Bastoni, Darmian, Barella (Zyelinski, 46), Mxitaryan, Asllani, Korrea, M.Türam (Arnautoviç, 62).

Milan – Yuventus 0:0
(75502)
Milan: Menyan, Ernandes, Tiav, Qabbya (Kalabriya, 84), Emerson (Çukvueze, 84), Reynders, Fofana, Leao, Loftus-Çik (Pulişiç, 74), Musa (Pavloviç, 84), Morata.
Yuventus: Di Qreqorio, Savona (Danilo, 90+1), Kalulu, Qatti, Kambyaso, K.Türam, Lokatelli, Koopmeyners, Yıldız (Mbanqula, 90+1), Konseysao (Vea, 80), Makkenni (Facoli, 80).

Parma – Atalanta 1:3
Retegi, 4. Ederson, 39. Lukman, 75 – Kançelyeri, 49. (18790)
Atalanta: Karnesekki, Kossunu, Hin, Toloy (Skalvini, 82), Rucceri, Ederson, De Roon, Bellanova (Kuadrado, 70), Paşaliç (Breşianini, 55), Lukman (Samarciç, 82), Retegi (De Ketelare, 55).

Komo – Fiorentina 0:2
Adli, 20. Ken, 68. (8500)
Fiorentina: De Xea, Qosens, Ranyeri (Ponqraçiç, 81), Dodo (Kayode, 81), Komutso, Bove, Adli, Kataldi (Sottil, 56), Beltran (İkone, 66), Kolpani (Lukas Martines, 66), Ken.

Napoli – Roma 1:0
Lukaku, 54. (51164)
Napoli: Meret, Olivera, Buoncorno, Rrahmani, Di Lorentso, Maktominey, Lobotka, Zambo Angissa (Matsokki, 86), Kvaratsxeliya (Neres, 67), Politano (Folorunşo, 86), Lukaku (Simeone, 79).
Roma: Svilar, Anxelinyo, Ndika, Mançini (Dibala, 88), Kone, Çelik (Dal, 78), Pizilli (Əbdülhəmid, 78), Kristante, Əl-Şaaravi (Hummels, 46), Lorentso Pelleqrini (Baldantsi, 46), Dovbik.

Latsio – Bolonya 3:0
Jiqo, 68. Zakkanyi, 72. Dele-Başiru, 90+8. (40000)
Latsio: Provedel, Luka Pelleqrini, Xila, Romanyoli (Jiqo, 46), Latsari, Vesino (İsaksen, 60), Rovella, Genduzi, Zakkanyi (Çauna, 74), Pedro (Dia, 60), Kastelyanos (Dele-Başiru, 85).
Bolonya: Ravalya, Miranda, Lukumi, Beukema, De Silvestri, Pobeqa, Fröyler (Fabbian, 74), Karlsson (Urbanski, 46), Odqor (Dallinqa, 74), Orsolini (Moro, 46), Kastro (Holm, 81).

Cenoa – Kalyari 2:2
Frendrup, 12. Miretti, 59 – Marin, 8-p. Pikkoli, 88-p. (31070)

Torino – Montsa 1:1
Masina, 59 – Curiç, 63. (22000)

Empoli – Udineze 1:1
Pelleqri, 23 – Devis, 76.

Venetsiya – Leççe 0:1
Dorqu, 70.

1. Napoli 13 9 2 2 20-9 29
2. Atalanta 13 9 1 3 34-16 28
3. İnter 13 8 4 1 31-14 28
4. Fiorentina 13 8 4 1 27-10 28
5. Latsio 13 9 1 3 28-14 28
6. Yuventus 13 6 7 0 21-7 25
7. Milan 12 5 4 3 20-14 19
8. Bolonya 12 4 6 2 15-16 18
9. Udineze 13 5 2 6 16-19 17
10. Empoli 13 3 7 3 10-11 16
11. Torino 13 4 3 6 16-19 15
12. Roma 13 3 4 6 14-18 13
13. Parma 13 2 6 5 17-21 12
14. Verona 13 4 0 9 17-32 12
15. Leççe 13 3 3 7 6-21 12
16. Kalyari 13 2 5 6 14-24 11
17. Cenoa 13 2 5 6 11-24 11
18. Komo 13 2 4 7 13-25 10
19. Montsa 13 1 6 6 11-16 9
20. Venetsiya 13 2 2 9 11-22 8

Bombardirlər: Retegi (Atalanta) - 12, M.Türam (İnter), Ken (Fiorentina) - 9, Lukman (Atalanta) - 7..

Turun rəqəmi
3 - “Milan” çempionatda yenə “Yuventus”a qalib gələ bilmədi. Lombardiyalılar turinliləri A seriyasında sonuncu dəfə 2023-cü il mayın 28-də minimal hesabla məğlub ediblər. Maraqlıdı ki, onlar sonrakı 3 matçda “ağ-qaralar”a qol da vura bilməyiblər.

Turun ulduzu
Kefren Türam (Yuventus) - turun mərkəzi oyununda komandaların çox da riskə getmək istəməməsi fonunda hansısa futbolçunu fərqləndirmək asan deyil. Bununla belə, ev sahibi “Milan”ın əksər hücumları zamanı Türamın sərgilədiyi oyunu da vurğulamamaq olmur. Dəqiq ötürmələri ilə seçilən fransalı yarımmüdafiəçi topu rəqibdən alması və driblinqləri ilə yadda qaldı.

Turun sitatı
Klaudio Ranyeri, “Roma”nın baş məşqçisi:
“Bizim komandaya nə lazımdı? “Roma”nın sehrbaza yox, çətin vəziyyətdə olan komandanı müalicə etməyi bacaran adama ehtiyacı var. Əlbəttə, komanda həqiqətən də buna ehtiyac duyursa. Futbolçularımın böyüməsini və kamilləşməsini istəyirəm. Onlar meydanda sərbəst hərəkətlər etməklə fəaliyyətindən həzz almalıdılar. Futbol sevinc və məmnunluq bəxş etməlidi”.
Seçilən
10
football-plus.az

1Mənbələr