AZ

Runi "Plimut"dan qovulur? - klub sahibi açıqladı

Çempionatın son iki oyununda alınan nəticələrə baxmayaraq "Plimut" klubu baş məşqçisi Ueyn Runi ilə yollarını ayırmayacaq.

90deqiqe.Az-ın “Goal”aa istinadən məlumatına görə, bu barədə klubun sahibi Saymon Hallett bildirib.

“Hamımız təzyiq altındayıq. Çox yaxşı oynamırıq və meydanda etmək istədiyimizi etmirik. Ona görə də təzyiq var. Azarkeşlər təzyiqi hiss edir, idarə heyəti təzyiqi, Runi isə təzyiqi hiss edir. Amma biz ondan qurtulmağı düşünmürük. Ona necə dəstək ola biləcəyimizi düşünürük. Məşqçinin dəyişdirilməsi ilə bağlı heç bir danışıq yoxdur”,

Çempionatın son iki oyununda "Plimut" ümumi hesablı 1:10 hesabı ilə iki məğlubiyyət alıb və nəticədə turnir cədvəlində 21-ci yerə düşüb.

Seçilən
20
90deqiqe.az

1Mənbələr