AZ

2025-ci ildə Azərbaycan daha bir nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edəcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısı 2025-ci ildə Azərbaycanda keçiriləcək. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranda keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında deyib.

Tədbirdə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri İslam Respublikasına 2024-cü ildə İƏT-ə sədrlik etdiyinə, eləcə də Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasının təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, həmçinin 2025-ci ildə təşkilata sədrlik edəcək Qazaxıstana uğurlar arzulayıb. “Ölkəmiz gələn il İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına ev sahibliyi etmək niyyətindədir və bu istiqamətdə bütün iştirakçı ölkələrin fəal iştirakı və töhfəsi vacibdir”, – Bayramov deyib.

Xatırladaq ki, Təşkilat 10 ölkəni birləşdirir: Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan və Türkiyə.

//Samir Qurbanov, Editor.az

Seçilən
40
editor.az

1Mənbələr