AZ

İsrail üçün Livan odusu ilə Hizbullah arasında fərq yoxdur – nazir

Bakı, TurkicWorld

Hizbullah ilə atəşkəs pozularsa, İsrail Livan ordusu və ya Hizbullaha arasında heç bir fərq qoymayacaq.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yisrael Katz deyib.

Şimal sərhədinə səfəri zamanı Katz Livan hökumətini “Livan ordusuna öz rvəzifəsini yerinə yetirməyə çağırıb.

“Əgər atəşkəs pozularsa, Livan dövləti üçün də istisna olmayacaq. Aramızda imzalanan müqaviləni maksimum təsirli və sıfır tolerantlıqla həyata keçirəcəyik”-deyə o bildirib.

Livanın Milli Xəbər Agentliyi, təhlükəsizliyi qorumaq üçün ölkənin cənubundakı Tir şəhəri və ətrafının məhəllə və küçələrində ordunun ağır texnikasının yerləşdirildiyini bildirib.

Eyni zamanda Livan Ordusu Ordudakı döyüş hissələrinə qoşulmaq üçün könüllü əsgərlərə ehtiyac olduğunu açıqlayıb.

Seçilən
38
turkic.world

1Mənbələr