AZ

Üç ölkənin səfiri Gürcüstan XİN-ə çağırılıb

Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə və Daxili İşlər Nazirliyinin bütün rəhbərliyə qarşı sanksiya tətbiq etmək qərarına görə Litva, Latviya və Estoniya səfirləri Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Apress.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-nin məlumatında bildirilib.

Litva, Latviya və Estoniya “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin, həmçinin daxili işlər naziri Vaxtanq Qomelaurinin və onun müavinlərinin, xüsusi təyinatlılar departamenti rəisi Zviad Xarazişvili və onun müavininin, patrul polis idarəsinin rəisi Vaje Siradzenin və kriminal polis idarəsinin rəisi Teymuraz Kupatadzenin ölkəyə girişini qadağan edib.

Baltikyanı ölkələr qərarlarını Gürcüstanda insan haqlarının pozulmasına cavab olaraq izah ediblər.

Seçilən
5
6
apress.az

10Mənbələr