ÇSKA-nın yarımmüdafiəçisi Abbosbek Fayzullaev karyerasını Fransada davam etdirə bilər.
90deqiqe.Az-ın “RB Sport”a istinadən məlumatına görə, “Monako” Özbəkistan millisinin 21 yaşlı yarımmüdafiəçisinin xidmətində maraqlıdır.
Fransa təmailçisi yarımmüdafiəçi üçün 15 milyon avro təklif etmək niyyətindədir. Eyni zamanda ÇSKA-nın bu qış futbolçunu satmaq istəmədiyi bildirilir.
Xatırladaq ki, Abbosbek Fayzullaev 22 oyuna çıxıb, üç qol vurub və altı məhsuldar ötürmə ilə yadda qalıb.