AZ

İran Xarici İşlər Nazirliyi: Tehran Suriyaya qoşun göndərməyi düşünə bilər

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Suriyaya öz qüvvələrini göndərməyi nəzərdən keçirməyə hazır olduğunu bildirib. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi Qətər mediasına istinadən məlumat yayıb.

 

Diplomat qeyd edib ki, Dəməşqə müvafiq rəsmi müraciət daxil olarsa, İran bu məsələyə baxacaq.

 

Bundan bir qədər əvvəl Əraqçi bəyan etmişdi ki, Astana formatında İran, Türkiyə və Rusiya arasında Suriyadakı vəziyyətlə bağlı danışıqlar dekabrın 7-8-də Dohada aparıla bilər.

 

Noyabrın 28-də Suriyanın silahlı müxalifət qrupları Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma başlayıb. Nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər.

 

Dekabrın 2-də İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib ki, Suriyada terrorçuların fəallaşması ABŞ və İsrailin Yaxın Şərqdə sabitliyi pozmaq planının tərkib hissəsi olub.

 

İnci

Seçilən
40
24
sfera.az

10Mənbələr