AZ

2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında səbətlər müəyyənləşdi

Beynəlxalq Futbol Federasiyası (FİFA) dekabrın 5-də keçiriləcək 2025-ci il Klublararası Dünya Çempionatının püşkatması üçün 32 klubun dörd qaba bölünəcəyini təsdiqləyib.

90deqiqe.Az-n məlumatına görə, 

1-ci səbət: Mançester Siti (İngiltərə), Real Madrid (İspaniya), Bayern Münhen (Almaniya), Paris Saint-Germain (Fransa), Flamenqo (Braziliya), Palmeyras (Braziliya), River Pleyt (Argentina), Fluminense (Braziliya).

2-ci səbət: Çelsi (İngiltərə), Borussiya Dortmund (Almaniya), İnter (İtaliya), Porto (Portuqaliya), Atletiko Madrid (İspaniya), Benfika (Portuqaliya), Juventus (İtaliya), Red Bull Salzburg (Avstriya).

3-cü səbət: Əl-Hilal (Səudiyyə Ərəbistanı), Ulsan (Cənubi Koreya), Əl-Əhli (Misir), Vidad (Mərakeş), Monterrey (Meksika), Leon (Meksika), Boka Xuniors (Argentina), Botafoqo (Braziliya).

4-cü qab: Urava Red Diamonds (Yaponiya), Əl Ayn (BƏƏ), Esperans (Tunis), Mamelodi Sandaunz (Cənubi Afrika), Paçuka (Meksika), Seattle Saunders (ABŞ), Oklend Siti (Yeni Zelandiya), İnter Mayami (ABŞ) ).

Turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək keçiriləcək.

Seçilən
30
4
90deqiqe.az

7Mənbələr