AZ

"Hesab etmirəm ki, hakimlik meydanın səviyyəsindən daha pis idi" - Səfiyarlı “Karvan”ı və PFL-i suçladı

“Qəbələ” – “Karvan” oyunundan sonra yevlaxlıların baş məşqçisi Kənan Kərimov hakim Tural Qurbanovun qərarlarından kəskin narazılıq edib.

Bəs “Qəbələ” onun narazılığını və iradlarını necə qarşılayır? “Qırmızı-qaralar”ın idman direktoru Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq:

“Oyuna oyun demək olmazdı, çünki o meydançada futbol oynamazlar. Biz ədalətdən, qaydalardan danışırıqsa, o qaydalara görə belə meydanda futbol oynamaq olmaz. Hər iki komandanın oyunçuları zədələnə bilərdi, necə ki "Karvan"ın qapıçısı zədələndi. Dünyanın hər yerində gənc futbolçuları aşağı liqaya göndərirlər ki gedib təcrübə yığsınlar, premyer-liqa klubu səviyyəsinə çatsınlar. Belə meydançada təcrübə yığmaq olar? Burda PFL-in də məsuliyyət daşıdığını düşünürəm. Qaldı ki penalti məsələsinə, əlbəttə, hər kəs öz marağına uyğun deyəcək. Bunu da uzaqdan çəkən bir kamera ilə dəqiqləşdirmək mümkün deyil. Dünyada VAR sistemi mövcuddu, hakim baxır və dəqiq qərar verir. Ədalətsizlik isə odu ki, belə şərtlər altında, belə meydançada oyun oynamağa icazə verilir".

AYGÜN MİRZA
Seçilən
17
football-plus.az

1Mənbələr